Btn sor?ular
Mayın 16-da 65-ci Beynəlxalq Kann kinofestivalı işə başlayıb. Bu il ikinci dəfədir ki, dünyanın ən mötəbər kino müsabiqəsində ölkəmizin bayrağı dalğalanır. Festivalda Azərbaycanın pavilyonu quraşdırılıb. “Azərbaycanfilm” kinostudiyasının loqotipi ilə bəzədilmiş pavilyonda kinomuzun tarixi, bugünkü potensialı, birgə film istehsalı imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim edilib. Burada Azərbaycanın turizm imkanları da geniş təqdim olunub. Pavilyonda qurulmuş monitorda rejissor İlqar Nəcəfin “Buta” bədii filmi nümayiş edilib.
Prezident İlham Əliyev mayın 16-da Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur.
Meksikanın paytaxtı Mexiko şəhərində ənənəvi “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. Sərgi hər il Meksikada fəaliyyət göstərən səfirliklər vasitəsilə bu ölkələrin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilir.
“Azər-İlmə” xalçaçılıq şirkətinin nəşri olan “Azərbaycan xalçaları öz qrupları ilə” silsiləsindən növbəti nəşr - “Azərbaycan xalçaları - Təbriz qrupu” kitabçası işıq üzü görüb.
Mədəniyyət və Turizm Nazirliyinin və Polşanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Korçak” bədii filminin nümayişi keçirilib. Nümayişdən öncə Polşanın ölkəmizdəki səfiri Mixal Labenda tədbir iştirakçılarını salamlayaraq filmin qəhrəmanı - görkəmli pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak barədə ətraflı məlumat verib.
Mayın 15-də Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə “Birləşən körpülər” adlı orijinal sərgi açılıb. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
İyunun 9-dan 29-dək Türkiyənin İstanbul şəhərində növbəti ticarət festivalı - «İstanbul Shopping Fest» keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhmed Arslanın sözlərinə görə, ötən il festivalda 10 milyondan çox turist iştirak edib.
O, Qara dənizi Türkün bayrağına baxdırıb çırpındıranda Xəzər də Azərbaycan türkünün “üçrəngli”sini - “Bir daha enməz!”ini seyr edirdi... Onun “Olsun bizim bütün ellər - Qurban Türkün bayrağına!” səda-nidalı qələminin mürəkkəbi qurumamış, qəlbi “Azərbaycan!.. Azərbaycan!.. Ey qəhrəman övladın şanlı Vətəni!” fəxarətilə himn-həmlələyəcəkdi...
1937-ci il... may ayı... Hazırda təsvirini yalnız ağ-qara kadrlardan və fotolardan izləyə bildiyimiz Bakı şəhəri... O dövrün adlandırılmasına əsasən Füzuli, hazırkı Zərgərpalan küçəsi... Həmin tarixə görə ziyalı ailəsində doğulmuş, bəlkə də adı belə qoyulmamış körpə, hazırkı zamanda Azərbaycan musiqi-mədəni həyatına verdiyi töhfələrlə özünü təsdiq etmiş, yaradıcılığı ilə böyük ad və nüfuz qazanmış görkəmli bəstəkar, professor tanınmış ictimai xadim Aqşin Əlizadə...
Azərbaycan musiqisinin şöhrətini dünyaya yayan dahi bəstəkar Üzeyir Hacıbəylinin surəti incəsənətin bütün sahələrində əbədiləşmişdir. Bəstəkara neçə-neçə bədii nümunələr, rəsm əsərləri, onun həyat və yaradıcılığını əks etdirən bədii və sənədli filmlər həsr edilmişdir. Respublikamızda neçə-neçə elm, təhsil, mədəniyyət ocağına onun adı verilmişdir.
Qloballaşmanın vüsət aldığı müasir dövrdə Azərbaycanda istedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda fəal iştirakını təmin etmək istiqamətində müxtəlif tədbirlər, maraqlı layihələr həyata keçirilir. Etiraf edək ki, istedadların üzə çıxarılması, onların cəmiyyətdə uğur qazanması üçün diqqət və qayğı vacib amildir. Azərbaycan dövləti bu sahədə yetişən nəslə hər zaman dəstək olur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 22.04.10 Ə. Əmirli “Varlı qadın” tamaşası (Mahnı Teatrının binasında) 23.04.10 İ. Əfəndiyev “Dəlilər və ağıllılar” tamaşası (Mahnı Teatrının binasında) Tamaşalar saat 19:00-da başlanır.
İlk dəfə onu 1961-ci ilin avqustunda İsmayıllı rayonunun Müdrü kəndində toy məclisində görmüşəm. Onda mənim 10 yaşım vardı. O, arıq, sarışın, mavi gözlü bir oğlan idi. Musiqiçilər arasında sakit oturmuşdu. Biz kənd uşaqları üçün çox maraqlı idi ki, görəsən, bu oğlan niyə və nə səbəbə heç bir alətdə müşayiət etmir? O günlərdə adətə görə toy mərasimi üç gün davam edərdi. Həmin gün saat 2-dən başlamış toy axşam saat 7-dək davam etdi. Ondan sonra isə bir saatlıq fasilə verildi.
Prezident İlham Əliyev mayın 9-da Bakının Yasamal rayonu ərazisindəki İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, nitq qabiliyyətini artırır, mənəviyyatını zənginləşdirir. Uşaqlara mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacibdir.
Aprel ayının 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında görkəmli italyan rəssamı Leonardo da Vinçinin 560 illik yubileyinə həsr olunmuş “Leonardonun sehrli dünyası” mövzusunda tədbir keçirildi.
Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi” elmi-tədqiqat laboratoriyası 2003-cü ildə yaradılıb. Laboratoriya milli musiqi alətlərinin təkmilləşməsi və bütün registrlərdə səslənə bilən musiqi alətlərinin yaradılması ilə məşğuldur. 2011-ci ilin dekabrında və bu ilin martında laboratoriyada hazırlanan alətlər ictimaiyyətə təqdim olunub. Bu sırada balabanın üç növü (bas, piklo və tenor), bas kaman və Qarabağ kamanının yeni formaları yer alıb.
Çin kinosunu sevmirəm. Bəlkə də ölkədə Azərbaycan Kinosu Həftəsinin davam etdiyi günlərdə Çin kinosuna münasibətdən danışmaq ilk baxışda yersiz görünə bilər. Amma sözümün canı var... Onu deyirdim axı... Çin kinosunu heç sevmirəm. Özü də onlara qarşı bu sevgisizliyim son illər keyfiyyətsiz Çin mallarının mağazalarımızda çoxalmasından, çinlilərin ucuz işçi qüvvəsi kimi ölkəmizə axınından çox əvvəllər yaranıb. Hərdən özümə də qəribə gəlir ki, niyə Çin fəlsəfəsindən, onun qədim və çağdaş ədəbiyyatından, təsviri sənətindən zövq alıram, Avropa modelyerlərinin Çin motivlərinə üstünlük vermələrini, hətta çinlilərin bir sıra yeməklərini bəyənirəm, amma kinolarına baxa bilmirəm?
1968-ci ildə təşkil edilən Mingəçevir Dövlət Dram Teatrı bir il sonra Cəfər Cabbarlının "Almas" pyesi ilə tamaşaçıların görüşünə gəlib. 1974-cü ildən görkəmli sənətkar Mərziyyə Davudovanın adını daşıyır. Ötən il ölkə Prezidentinin sərəncamı ilə əsaslı təmir-bərpa olunaraq teatrsevərlərin ixtiyarına verilən sənət ocağının bu günü, repertuar siyasəti və hazırkı teatr prosesinə inteqrasiya imkanları ilə maraqlandıq. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov öncə müasir dövrün teatr tendensiyası barədə fikirlərini bölüşdü...
Yerdə dərdimi bölüşə biləcək bir Allah bəndəsi tapmayanda uzun, lap uzun bir nərdivan tapıb göyə dırmaşmaq istəyirəm. Belə yerdə “əstəfrüllah, yoxsa Allahla dərdləşmək istəyirsən?” - deyirlər. Başqa çarəm yoxdur. Axı nə vaxtacan içimizi didən suallar cavabsız qalacaq, axı nə vaxtacan “haralısan” sualına “o tərəflərdənik” deyəcəyik. 20 ildir bu sözü dilimizdən eşidənlər gözümüzün içinə baxıb “yazıq” deyirlər...
Astara şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi V ümumrayon kitab bayramı keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə reallaşan tədbirdən öncə iştirakçılar açıq səma altında təşkil olunmuş müxtəlif mövzularda kitab sərgiləri ilə tanış olublar.
“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin başlanmasına bir neçə gün qalıb. İlin ən böyük musiqi bayramının çoxsaylı qonaqları üçün paytaxt muzeyləri də müxtəlif tədbirlər hazırlayıblar.