“Şrek” bütün dövrlərin ən yaxşı uşaq filmidir

Rejissorlar Endryu Adams və Viki Censonun “DreamWorks” studiyasında Uilyam Steyqin eyniadlı uşaq kitabının motivləri əsasında çəkdikləri məşhur “Şrek” cizgi filmi kinosevərlər tərəfindən ən yaxşı uşaq filmi seçilib. “The Daily Telegraph” qeyd edir ki, sorğu 3 min yeniyetmə kino həvəskarı arasında ke... Ətraflı

Bonni və Klayd yenidən ekrana qayıdırlar

Bütün dövrlərin ən məşhur qanqsterlərindən sayılan Bonni Parker və Klayd Barrounun bioqrafiyası növbəti dəfə böyük ekranda canlandırılacaq. “Variety”nin məlumatına görə, rejissor Tonya Holl “Cypress Moon” studiyasında “Bonni və Klaydın hekayəsi” adlı filmini çəkmək niyyətindədir. Filmdə əsas rolları... Ətraflı

Fransada muzeylər gənclər üçün pulsuz olacaq

Fransa prezidenti Nikolya Sarkozi ölkənin 50 əsas muzeyinə girişi 18-25 yaşlı ziyarətçilər üçün pulsuz edəcək. "Le Monde" yazır ki, bu qərar aprelin 4-dən qüvvəyə minməlidir. Gənclər muzeylərdən əlavə, Triumfal arka, Versal, Fonteneblo, Panteon və Normandiyadakı San-Mişel dağı kimi tarixi abidələri ... Ətraflı

Luvrda komikslər sərgisi açılıb

Yanvarın 24-də Luvrda muzeyin tarixi ərzində komikslərə həsr olunan ilk sərgi açılıb. "Le Petite Dessein" ("Böyük olmayan ideya") layihəsində 5 rəssam iştirak edir. Onların hər biri Luvra özünün qrafik hekayəsini təqdim edib. Həmin hekayələrin süjeti muzeylə bağlıdır. "Associated Press" agentliyi qe... Ətraflı

Növbəti onilliyin ən bahalı rəssamları

"ArtTactic Ltd." agentliyi qarşıdan gələn onilliyin ən bahalı rəssamları olacağı güman edilən 46 müasir rəssamın adını açıqlayıb. Reytinqdə birinci yeri Gerhard Rixter tutur. Onun ardınca Ceff Kuns, Sindi Şerman, Robert Qober, Bill Viola və Riçard Prins gəlirlər. Demien Herst yalnız 21-ci yeri tutur... Ətraflı

Arxeoloqlar Misirin 99 faizini kəşf edə bilməyiblər

Arxeoloji qazıntıların ənənəvi üsulları misirşünaslara qədim yaşayış məntəqələrinin ümumi sayının ancaq 1 faizini tapmağa imkan verib. Alabama universitetinin alimi, araşdırmaçı Sara Parkak hesab edir ki, yerdə qalan 99 faizi kəşf etmək üçün hələ uzun illər tələb olunur. CNN telekanalı qeyd edir ki,... Ətraflı

Brüs Uills Ukrayna konservlərini reklam edəcək

Hollivud ulduzu Brüs Uills Ukraynada istehsal olunan toyuq konservlərinin reklamı ilə məşğul olacaq. Hələlik videoçarxın süjeti və aktyorun qonorarı ilə bağlı heç bir informasiya verilmir. "Exo Moskvı" qeyd edir ki, çəkilişlərin Moskvada aparılacağı məlumdur.Brüs Uills "Günahlar şəhəri", "Armageddon... Ətraflı

"Sezar" kinomükafatının nominantlarının adları açıqlanıb

Fransada "Sezar" kinomükafatının nominantlarının adları açıqlanıb. Bu barədə "Screen Daily" məlumat yayıb. Nominasiyaların sayına görə liderliyi Jan-Fransua Rişerin "Xalqın bir nömrəli düşməni" ("Public Enemy Number One") filmi ələ keçirib. Bu film 10 kateqoriyada, o cümlədən "Ən yaxşı film" və "Ən ... Ətraflı

"Warner Bros." "Tom və Cerri"ni ekranlara qaytarır

"Warner Bros." kinokompaniyası özünün ən məşhur qəhrəmanlarını yenidən "diriltmək" qərarına gəlib. "Variety" xəbər verir ki, söhbət məşhur "Tom və Cerri" cizgi serialının böyük ekrana qaytarılmasından gedir.Güman edildiyinə görə, tammetrajlı film qəhrəmanların ilk tanışlığı, onların ilk toqquşması, ... Ətraflı

Linkolnun əlyazmasına 4 milyon dollar qiymət qoyulub

"Chiristies" auksion evi ABŞ prezidenti Avraam Linkolnun 1864-cü ildə yazdığı əlyazmasını satışa çıxarıb. "France Presse" agentliyinin məlumatına görə, fevralın 12-nə təyin edilən alqı-satqı Linkolnun 200 illiyinə həsr edilib. ABŞ-da vətəndaş müharibəsi getdiyi bir zamanda prezident postuna seçilən ... Ətraflı