"Pis oğlan"ın məşqləri gedir

Şuşa Dövlət Musiqili Dram Teatrında  Kamal Abdullanın “Pis oğlan" əsəri səhnələşdirilib. Artıq bir aydır ki, məşqləri gedən tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Mart ayında səhnəyə çıxarılacaq tamaşanın repertuara salınmasını teatrın təşkilati işlər üzrə direktor müavini Enurə Abdull... Ətraflı

...Maraqlı əsərlərimi bundan sonra yazacağam

Gənc Tamaşaçılar Teatrında çalışqanlığı, fərdi yaradıcılığı və digər keyfiyyətləri ilə seçilən şəxslər çoxdu. Onlardan biri - teatrın ədəbi-dram hissəsinin rəhbəri Rafiq Rəhimli redaksiyamızın qonağıdı.O, 1956-cı ildə Lənkəran şəhərində anadan olub. Ziyalı ailədə böyüyüb. Atası həkim, anası şəfqət b... Ətraflı

“İddialı qaraçı” gəlir...

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ərəfəsində daha bir əsərə səhnə həyatı verməyə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi olan bu yeni tamaşa İmre Kalmanın məşhur “İddialı qaraçı” əsəridir. İ.Kalmanın adı Azərbaycan sənətsevərlərinə yaxşı tanışdır. Kollektiv... Ətraflı

Estet Kamran və kor Cırtdan

(nağıl-süita) Desəm ki, kukla teatrı üzrə mütəxəssisəm, yalan danışaram.Desəm ki, bu tamaşa məni valeh elədi, yenə yalan söyləmiş olaram.Amma desəm ki, mən bizim doğma kukla teatrımızda çoxdandı belə zövqlü tamaşa, belə maraqlı kuklalar, belə suggestiv işıqlandırma görməmişdim, sadəcə, öz həqiqətim... Ətraflı

Dövlət “Yuğ” Teatrında "Birinci akt" oynanılacaq

Dövlət “Yuğ” Teatrında yeni tamaşanın məşqləri gedir. Böyük rus yazıçısı Anton Çexovun "Albalı bağı" pyesinin motivləri əsasında hazırlanan tamaşa "Birinci akt" adlanır. Tamaşaya teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlu quruluş verir. Əsər üzərində teatrın əksər aktyorları məşqlər ed... Ətraflı

Bir aktyorun teatrı

İlham Namiq Kamalın yaratdığı obrazlar realist sənət prinsiplərinə köklənir  Yanvarın 9-da yaratdığı rolları ilə tamaşaçılarının qəlbində yaşayan xalq artisti, “İlham” Miniatür Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Na... Ətraflı

Tamaşaçılar bayağı gülüşdən usanıblar

Əməkdar artist Novruz Qartal saxtalığı sevmədiyini deyir Gəncliyi bu teatrda keçib. Sənətin sirlərini ona ana qədər əziz olan Nəsibə Zeynalovadan öyrənib. Onunla bir səhnəni bölüşməyi özünə böyük xoşbəxtlik bilən əməkdar artist Novruz Qartal indi də teatra gələndə yenidən Şəmsi Bədəlbəyli, Nəsibə Z... Ətraflı

“Mənim sevimli dəlim” tələbələrin ifasında

Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin Akt zalında tələbələrin ifasında xalq yazıçısı Elçin Əfəndiyevin  “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim” tamaşasının  səhnələşdirilmiş təqdimatı keçirildi. Universitetın rektoru, Milli Məclisin deputatı Səməd Seyidov qonaqları... Ətraflı

İldi, gündü, gəlib getdi ömürdən, Yazmaqdan savayı bizə nə qaldı…

Zaman gedir... Azacıq təhrif olunmuş bu məşhur misralar adamın özünün özünə verdiyi bədii-fəlsəfi sadə bir hesabatdır. İlin sonunda belə mahnılar bəzən yerinə düşür. Yazıya bayağı şəkildə müdrik görünən, amma bununla belə, böyük həqiqəti ifadə edən cümlə ilə başlamaq niyyətim var - «zaman keçir və ... Ətraflı

Qış nağılı...

Uşaq Teatrı balaca dostlarına Yeni il töhfəsi verəcək Yeni nəslin yüksək əxlaqi, mənəvi tərbiyəsində Uşaq Teatrı ən gözəl vasitədir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə 2001-ci ildə paytaxt Bakıda Uşaq Teatrının yaradılmasında əsas məqsədlərdən biri də bu idi. 2002-ci ilin may ayından fəal... Ətraflı