İyulun 27-də Təbriz şəhərində Azərbaycan sənətkarları və alimlərinin muzeyi açılıb. Təbriz Mədəniyyət Evində yaradılmış muzeydə Güney Azərbaycan sənətkarları və alimlərinin 50-dən çox əsəri nümayiş edilir. Açılış mərasimində Güney Azərbaycanın 50 tanınmış aliminin həyatından bəhs edən "Eşq yolunu tanıyanlar" kitabının təqdimatı da keçirilib.
   Qeyd edək ki, muzey tanınmış tədqiqatçı, Qum Dini Elmlər Hövzəsinin müəllimi Adil Mövlayinin uzun illər sərf etdiyi əməyinin bəhrəsi hesab edilir. O, bundan əvvəl Ərdəbil Dini Korifeylər Muzeyinin yaradılmasının təşəbbüskarlarından olub. Onun Qafqazın din xadimləri və şəhid alimlərinin bioqrafiyasını özündə əks etdirən “Qafqazda elm dünyasının ulduzları” kitabının Bakıda təqdimatı keçirilib.