Noyabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görkəmli şairə Xurşudbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr edilmiş tədbir keçirildi.
   
    Bakının 189 saylı orta məktəbi ilə birlikdə təşkil edilən tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq Xan qızının həyat və yaradıcılığı barədə danışdı, onun şairliklə yanaşı, rəssam, tikmə ustası kimi də böyük istedad sahibi olduğunu dedi: “Qarabağ torpağının yetişdirdiyi dühalar sırasında Xurşudbanu Natəvanın özünəməxsus yeri var. Onun Azərbaycan ədəbiyyatında qoyduğu iz mədəni irsimizin bir parçasıdır”.
   Tədbirə dəvət olunmuş tanınmış yazıçı Mustafa Çəmənli Natəvanın 180 illik yubileyi ilə əlaqədar yazdığı “Neçin gəlməz” adlı kitabını iştirakçılara təqdim etdi. Ölkə Prezidentinin sərəncamına əsasən şairənin 180 illiyinin geniş qeyd olunduğunu deyən yazıçı kitabın da yubileyə bir hədiyyə olduğunu vurğuladı. Kitabda Xan qızının həyat və yaradıcılığı ilə bağlı geniş oxucu kütləsinə məlum olmayan bir çox maraqlı faktlar yer alıb. Nəşrin bir nüsxəsini kitabxanaya hədiyyə edən müəllif Natəvanın irsinin gənc nəsillərə təbliğini yüksək qiymətləndirdi.
   Daha sonra 189 saylı orta məktəbin şagirdlərinin ifasında Xan qızının yaradıcılığından nümunələr təqdim edildi. Şagirdlərin ədəbiyyata olan marağı, şeir nümunələrinin bədii çalarlarını dinləyiciyə çatdırmaq bacarığı kitabxana rəhbərliyinin diqqətindən kənarda qalmadı. Natəvanın yubileyinə həsr edilmiş rəsm müsabiqəsində fərqlənən uşaqlar da kitablar və digər hədiyyələrlə mükafatlandırıldılar.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar