Tanınmış uşaq yazarları kitab bayramında balaca oxucularla bir araya gəldilər
   
   Sentyabrın 24-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası paytaxtın Səbail rayonunun 7, 8 və 190 saylı məktəbləri şagirdlərinin və tanınmış uşaq yazarlarının iştirakı ilə “Uşaqlar, kitab oxuyun” adlı tədbir keçirdi.
   
   Tədbiri tanınmış şair, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu körpə təxəyyülünün inkişafında kitabın rolundan danışdı, uşaq ədəbiyyatının gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, paytaxtımızda üçüncü dəfə keçirilən beynəlxalq kitab sərgi-yarmarkası bütün yazarlar, kitabsevərlər, o cümlədən balaca oxucular üçün bayramdır.
   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı və şairlər, onların yaradıcılıq uğurları barədə məlumat verdi.
   Tədbir iştirakçıları Respublika Uşaq Kitabxanasının tərtib etdiyi uşaq ədəbiyyatı nümunələrindən ibarət sərgi ilə tanış oldular. Kitabxananın fəal üzvləri milli nağıl qəhrəmanlarımız olan Çırtdan, Göyçək Fatma və digər personajları canlandırdılar.
   Səbail rayonunun 7, 8 və 190 nömrəli məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
   Sonda tanınmış müasir uşaq ədəbiyyatının nümayəndələri Zahid Xəlil, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Rafiq Yusifoğlu və başqaları əsərlərindən nümunələr oxudular, kitablarını öz imzaları ilə oxuculara təqdim etdilər. Şair Zahid Xəlil bildirdi ki, ötən illərlə müqayisədə son dövrlər respublikada kitaba maraq artıb. Kitaba oxucu marağını davamlı olaraq təmin etmək lazımdır. Kitab işi məktəblərdə daha çox tədris olunmalıdır. Şagirdlərdə kitaba maraq yaratmaq lazımdır ki, tədris çərçivəsində qalmasınlar.
   Sonda kitabxananın direktor müavini Zahirə Dadaşova tədbir iştirakçılarına təşəkkür etdi.
   
   S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar