Azərbaycanın cənnət guşəsi Qarabağın Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalının ildönümü ilə əlaqədar Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında “Həsrətdə qalan yurd yerləri” adlı dəyirmi masa keçirilib.
Tədbiri açan MKS-nin direktoru Nailə Əliyeva Qarabağın işğalının Azərbaycan üçün böyük zərbə olduğunu vurğulayıb. Kitabxananın oxuculara xidmət şöbəsinin oxu zalının müdiri Leyla İsgəndərli “Vətən həsrəti” mövzusunda məruzə edib. Şöbənin kitabxanaçısı Samirə Yəhyayeva, abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva, informasiya-resurs şöbəsinin proqramçısı Leyla Eldarzadə və başqalarının çıxışları olub.
1, 2, 3 saylı məktəblərin şagirdləri işğal olunmuş yurd yerlərimizlə bağlı şeirlər söyləyiblər. Rayon Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara bukletlər paylanılıb.