Hər bir  xalqın  milli möhürü hesab edilən  maddi-mədəniyyət abidələri həm də onların mövjud olduğu ərazinin kimə mənsub olduğunu təsdiq edən mühüm elementdir. Bu baxımdan Azərbayjanın qərb torpaqlarındakı (Ermənistan Respublikası) qədim və orta əsrlər dövründə yaradılmış tarix və mədəniyyət abidələri bizim danılmaz imzalarımızdır. Erməni vandalları zaman-zaman xalqımızın bu torpaqlardakı izlərini itirmək üçün maddi-mədəniyyət nümunələrini məhv etmiş, qəbiristanlıqlar şumlanaraq əkin sahələrinə çevrilmiş, yer adları kütləvi şəkildə dəyişdirilmişdir. Bundan başqa, onlar bir sıra abidələr üzərində «əməliyyatlar» aparmış, onlara xaçlar və erməni kitabələri əlavə edərək erməniləşdirmişlər. Beləliklə, yüz minlərlə günahsız soydaşlarımız kimi, tarixi abidələrimiz də məhv edildi.

Orta əsr qaynaqlarında və tədqiqatçıların əsərlərində indiki Ermənistan ərazisində vaxtilə əjdadlarımız tərəfindən yaradılmış tarix-memarlıq abidələri haqqında çoxlu dəyərli faktlar vardır. Orta əsr səyyahlarının yazdıqlarına  görə, «Əhalisi təmizqanlı səfəvilərdən ibarət olan İrəvan şəhərində “Div Sultan” məsjidi varmış», «XVIII əsrin 30-ju illərində İrəvan bəylərbəyi İbrahim paşa İrəvan qalasında Sultan Mahmudun (1736-1756) şərəfinə Jame məsjidi inşa etdirmişdi»- kimi faktlar çoxdur. Bundan başqa  “Azərbayjanı Tədqiq və Tətəbbö Jəmiyyəti»nin üzvü İsa Əsimbəyov İrəvanda olarkən orada I Şah Abbasın zamanında (1587-1629) inşa edilmiş məsjidi (el arasında “Şah Abbas” məsjidi adı ilə tanınırdı), Hulaki hökmdarı Oljaytu Məhəmməd Xudabəndə zamanında (1304-1316) inşa edilmiş, 1685-1686-jı illərdə Şah Süleyman zamanında bərpa və təmir edilmiş məsjidlər arasında “Göy məsjid” adı ilə tanınan “Jame məsjidi»ni görmüş və onların kitabəsini oxuyaraq bu haqda məlumat vermişdir.


Fransız səyyahı Yan Tavemyenin, türk səyyahı O.Çələbinin və başqalarının əsərlərində də belə məlumatlar çoxdur. Anjaq təəssüf ki, abidələrin çoxu ermənilər tərəfindən dağıdıldığından zəmanəmizə qədər gəlib çıxmamışdır. Salamat qalan abidələrimiz ermənilərin əsiri olduğu üçün onlara əlimiz çatmır. Düşmən əlində əsir qalan abidələrdən biri də, İrəvan şəhərindən çox da aralı olmayan Zəngibasar rayonunun  (Çuxur-səd bölgəsi) Jəfərabad kəndindəki məqbərə 1413-jü ildə inşa olunmuşdur. Tarixi jəhətdən çox qiymətli olan və yerli əhali tərəfindən qorunub saxlanılan bu abidə 1988-ji ildən sonra ermənilərin əsirinə  çevrilmiş və aqibəti haqqında heç bir məlumat yoxdur.


Belə abidələrdən biri də, taleyi Naxçıvana bağlı olan (indi Ermənistan ərazisindədir) Mehri rayonunun Nüvədi kəndində, Zəngəzur dağlarındakı (el arasında “Baba Hajı” adlanan) türbədir.


Türbənin ətrafında indiyədək qalan xatirə abidələri üzərindəki kitabələrin tarixinə əsasən, onun dövrü haqqında fikir söyləmək olar. XVI yüzillikdən əvvəl inşa edilmiş bu türbə-ziyarətgaha ad olunmuş Baba Hajı zəmanəsinin çox nüfuzlu və hörmətli şəxsiyyətlərindən biri olmuş, öldükdən sonra onun qəbri ətrafında fəxri dəfnlər keçirilmiş, nətijədə ora böyük qəbiristanlığa çevrilmişdir.


Mehri ərazisində Babək Xürrəmi ilə vuruşan ərəb ordusunun sərkərdələrindən Buğa Əl-Kəbirin də məzarı var. Ordubadlılar tərəfindən “Buqa-Kəbr” adlanan, Buqakar kəndində yerləşən məzar bütün bölgədə müqəddəs hesab edilərək sonradan pirə çevrilmişdir.
Naxçıvan ərazisinə daxil olan Zəngəzur mahalının Ələyəz kəndində ermənilər tərəfindən büsbütün dağıdılmış ziyarətgah abidə-türbənin başdaşı üzərində belə bir kitabə vardı: “Bu məzar mərhum, günahları bağışlanmış şəhid, Allahın rəhmətinə möhtaj Əxi-Təvəkkülündür- Allah onun günahlarını bağışlasın. 950-ji ilin Məhərrəm ayında”.

Orta əsrlərdə Azərbayjan ərazisindən keçən Böyük İpək yolunda  çoxlu karvansaralar inşa edilmişdir. Həmin karvansaralardan biri də Naxçıvanın tarixi ərazisinə daxil olan Zəngəzurda inşa edilmişdi. Giriş qapısı üzərindəki kitabə mətnindən aydın olur ki, bu tikili  1328-ji ildə bir nəfər varlı şəxsin vəsaiti ilə inşa olunmuşdur.


Tarixi saxtalaşdırmaq sahəsində usta olan ermənilər Azərbayjan memarlığının gözəl nümunəsi olan və dövrümüzə yaxşı vəziyyətdə gəlib çatan bu karvansara üzərində də özlərinə məxsus əməliyyatlar apararaq, abidənin tarixini  əks etdirən kitabəni məhv etmiş, onun yerinə erməni dilində yazılmış qondarma bir kitabə qoymuş və hazırda onu  erməni memarlığının injisi kimi dünyaya təqdim edirlər.


Tarixin ən etibarlı qaynaqlarından hesab edilən kitabələri məhv etmək və ya onları saxtalaşdırmaq erməni alimləri tərəfindən adətə çevrilmişdir. Bu jəhətdən Qarakilsə rayonunun Urud kənd qəbiristanlığında qalan xatirə kitabələri xüsusilə qeyd edilməlidir. “Jidanı çuvalda gizlətməyin mümkün olmadığını” anlayan erməni vandalları daha çox abidələri məhv etməyə üstünlük vermişlər. Bununla kifayətlənməyən bu vəhşilər qərb torpaqlarımızdakı qəbirstanlıqlarda orta əsr Azərbayjan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılmış daş qoç və qoyun heykəllərini daşıyaraq İrəvan şəhərinə aparmış, onların üstündə həkk edilmiş - Azərbayjan xalqına məxsus kitabə və təsvirləri məhv  edərək erməniləşdirmişlər. Bu abidələrdən Qarakilisə rayonunun Urud kəndində, Salyan rayonunun Axta, Köçbəy və sair kəndlərindən aparılmış qoç heykəllərini misal göstərmək olar.


Həmin torpaqlarda uyuyan əjdadlarımızın narahat ruhları kimi, şəhid və əsir abidələrimiz də bizi bu yerlərə qayıtmağa, torpaqlarımıza, mədəni irsimizə sahib çıxmağa səsləyir…

Hüseyn Əliyev,
Naxçıvan