Novruzun tarixi
   

   Novruzla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruzun Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramı yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra, bu ölkələrin xalqlarının adət-ənələrini, bayramlarını təqib etməyə başladı. Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğu qeyd olunur. Dünya mədəniyyətinin köçmələr nəzəriyyəsində qeyd olunur ki, bütün sonrakı mədəniyyətlər özundən əvvəlkilərin varisidir. Bahar bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5000 il bundan əvvəl yaşamış şumerlərə aiddir. Bahar bayramının fəlsəfəsi haqqında ilk yazılar da onlara aiddir.
   
   Dünyada Novruz
   

   Hər bir xalqın Novruzla bağlı etnik, özünəməxsus mövsum, mərasim nəğmələri var. Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd olunur. Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. ABŞ və Avropa ölkələri bu sırada üstünlük təşkil edir; Los-Anceles, Toronto, Londonda Novruzun bayram edilməsi əlbətdə sevindiricidir. Cənubi Koliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və icazə verilmiş yerlərdə ocaq qalayırlar.
   
   Azərbaycanda Novruz
   

   Azərbaycanda adətə görə Novruz bayramında səməni göyərdilir. Bayrama isə dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla oda, atəşə, günəşə olan etiqad və inamı ifadə edirlər. Bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
   
   ELMİN