Hüseyn Cavidin ev-muzeyindən verilən xəbərə görə, bugünlərdə görkəmli ədibimiz H.Cavidin oğlu Ərtoğrul Cavidin yaradıcılğına həsr olunmuş disk buraxılacaq. Diskdə bir vaxtlar Bülbülün sinfində dərs almış, istedadlı bəstəkar Ərtoğrul Cavidin bəstələri, notlaşdırdığı əsərlər, haqqında söylənilən fikirlər və s. yer alacaq. Xatırladaq ki, Ərtoğrul Cavid çox gənc yaşlarında dünyasını dəyişib.