Azərbaycan musiqiçiləri İspaniyanın Palma-de-Malyorka şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar artist, professor Yeganə Axundovanın verdiyi məlumata görə, festival həmin şəhərdə yerləşən Kastel De Belver adlanan qəsrdə təşkil olunacaq. Bu gün başlayacaq festivalın bir günü Azərbaycan musiqisinə həsr olunacaq. Konsertdə pianoçu Yeganə Axundova ilə yanaşı, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər - Elçin Həşimov və Elnur Əhmədov da iştirak edəcəklər.
   Y.Axundova proqramda Azərbaycanın dünyaşöhrətli bəstəkarları - Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının əsərlərini ifa edəcək.