Ankarada musiqi təhsilini davam etdirən azərbaycanlı skripkaçı, Prezident təqaüdçüsi Elvin Hoca Qəniyev gənc skripkaçıların Polşada keçiriləcək beynəlxalq Henrik Vyenyavski skripka müsabiqəsində türk dünyasını təmsil edəcək.
   Müsabiqə iştirakçıları arasında ən gənc ifaçı olan 11 yaşlı həmyerlimiz TÜRKSOY təşkilatının türk dünyasının gənc istedadlarının dəstəklənməsi məqsədi ilə təsis etdiyi xüsusi təqaüdə layiq görülüb.
   Məlumat üçün bildirək ki, Elvin Hoca Qəniyev Henrik Vyenyavski müsabiqəsində 52 dəfə Türkiyəni təmsil etmiş məşhur Ayla Durandan sonra türk dünyasından bu nüfuzlu tədbirdə iştirak edəcək ikinci ifaçı olacaq.