“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəylinin verdiyi məlumata görə, “Eurovision-2010” müsabiqəsində çıxış edəcək Azərbaycan təmsilçisinin adı noyabrda bəlli olacaq. O, milli seçimlərin başa çatan I turunda ancaq yerli sənətçilər iştirak etdiyini bildirib: “I turda bu müsabiqədə iştirak etmək istəyən sənətçilərin videorolikləri hazırlanıb. Növbəti mərhələdə isə artıq həmin iştirakçılar arasından seçim ediləcək. Bu turdan 10 nəfər də keçə bilər, 5 nəfər də”. Koordinator, Azərbaycan təmsilçisinin seçilməsində xarici mütəxəssislərin rəyinin də nəzərə alınacağını qeyd edib: “Həmin videoroliklər və səs yazıları İsveç, Ukrayna və digər ölkələrə göndəriləcək”.