Noyabrın 20-də Böyük gildiyanın zalında Riqa Böyük Teatrının dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr edilən konserti keçiriləcək. M. Maqomayevin avtobioqrafik kitabının adı ilə - "Musiqi - mənim sevgim" adlanan konsert, "Dünya istedadları" Fondunun prezidenti Devid Gviniandzenin təşəbbüsü ilə reallaşacaq.
   Konsertdə dünya opera müğənnilərinin ifasında dünya klassik operasının şah əsərləri səslənəcək.