Dekabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində uşaq illinə həsr olunan konsert proqramı keçiriləcək. Konsert proqramında Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış edəcək. Keçiriləcək konsert proqramında şagirdlər tərəfindən maraqlı musiqi nömrələri nümayiş olunacaq. Məlumat üçün bildirək ki, Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri eyni konsert proqramı ilə dekabrın 25-də Muzey Mərkəzində də çıxış edəcək.