Niderlandda Azərbaycan muğam ustasının konserti böyük maraqla qarşılanıb. Əməkdar artist Zabit Nəbizadənin iştirakı ilə muğam üçlüyünun Amsterdamda və Utrextdə keçirilən konsertlərini Hollandiya musiqiçiləri yüksək qiymətləndiriblər. Amsterdamın məşhur «Tropentheater» konsert salonunda Rövşən Qurbanovun və Xəyyam Məmmədovun müşayiətilə Z.Nəbizadənin çıxışı alqışlarla qarşılanıb. Konsertin açılış mərasimində Azərbaycanın Niderlanddakı səfiri F.İsgəndərov iştirak edib. Tədbirdə vurğulanıb ki, Azərbaycan muğamı YUNESKO-nun Dünyanın Qeyri-Maddi İrs siyahısına salınıb.