Azərbaycanı “Eurovision - 2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin yeni veb-saytı yaradılıb. safura.eurovisiontalents.com saytında builki təmsilçimiz, eləcə də “Eurovision” müsabiqəsi ilə bağlı maraqlı məlumatlar yerləşdirilib.
   Hazırda İsveçdə olan Səfurə Əlizadə ilə bağlı son məlumatları məhz bu saytdan əldə etmək mümkündür. İnternet səhifəsində təmsilçimizin ən son fotosessiyaları, maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilmişdir. Saytda Səfurə Əlizadə ona ünvanlanan suallara da cavab verə biləcək.
   Saytda eyni zamanda yarışmada Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan və Səfurə Əlizadənin ifasında İsveçdə lentə alınan mahnıların yeni variantı da yerləşdirilib. Bu saytdan həmin mahnıları yükləmək və dinləmək mümkündür.