Azərbaycan musiqiçiləri Kaunas Beynəlxalq Gənc Musiqiçilər Festivalında iştirak ediblər. Tarixi 1990-cı ildən başlayan Kaunas Beynəlxalq Gənc Musiqiçilər Festivalı artıq 19 ildir keçirilir. 2010-cu il aprelin 6-dan 11-dək keçirilən bu festivalda Rusiya, Avropa Birliyi ölkələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan musiqiçiləri də uğurla çıxış ediblər. Rostropoviçlər adına musiqi məktəbinin şagirdləri Günay Ağalarova (fortepiano) və Kamran Ömərlinin (skripka) baş dirijor Modestas Pitrenasın rəhbərliyi altında Kaunas Bələdiyyə Simfonik Orkestrinin müşayiəti ilə etdikləri ifalar festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.