Litva Respublikasının “TV Komanda” ictimai birliyi rəhbərliyinin başçılığı altında nümayəndə heyəti ölkəmizdə səfərdədir. 
   Səfərin məqsədi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mədəni layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi və bir sıra digər əlaqəli tədbirlərin təşkili ilə bağlı danışıqların aparılmasıdır. Mədəniyyət və Turizm Nazirliyi ilə “TV komanda” arasında imzalanmış müvafiq müqaviləyə əsasən, cari ilin iyun ayında məşhur fransız yazıçısı Viktor Hüqonun “Notre Dam de Paris” əsəri əsasında müziklin təşkili nəzərdə tutulub.
   Bundan başqa, 2011-ci ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Mədəniyyətlərarası dialoqa həsr olunmuş Ümumdünya Forumu zamanı Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət Paytaxtları Dialoqu” layihəsi çərçivəsində birgə mədəni tədbirin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.