Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Fransa və Belçikada konsert verəcək. Murad Hüseynov bildirib ki, konsertlərin gələn ayın birinci yarısında həyata keçirilməsi nəzərdə tutulur. Hər iki konsert təklifi isə ölkələrin aidiyyəti qurumlarından gəlib. Fransa və Belçikadakı konsertində pianoçu Azərbaycan bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinə, eləcə də dünya klassikasına müraciət edəcək. Daha sonra azərbaycanlı musiqiçi Bakıda konsert proqramı ilə çıxış etməyi düşünür.