Aprelin 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Həqiqətlə üz-üzə” adlı musiqili tədbir keçirildi. Tədbirdə Vaqif Mustafazadənin “Mart”, Rudolf Frimlin “De ki, məni sevirsən...”, Klod Debüssünün “Gözəl gecə”, Daniyel Volfun “Ayres” və başqa bəstəkarların kompozisiyaları səsləndi. Musiqili ssenari və quruluş Yelena Boqoyevskayaya məxsus idi. Musiqiləri skripkada Talehə Əliyeva, fortepianoda Yelena Boqoyevskaya ifa edirdi.