1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Dövlət Uşaq Filarmoniyasının təşəbbüsü ilə “Göyərçinik biz” adlı böyük konsert proqramı təqdim olunacaq. Sarayın mətbuat xidmətindən verilən xəbərə görə, konsertdə Uşaq-Gənclər Simfonik Orkestri (Teymur Göyçayevin rəhbərliyi ilə), Xalq Çalğı Alətləri Ansamblı (Qönçə Mehdiyevanın rəhbərliyi ilə), Xor kollektivi (Məlahət Məmmədovanın rəhbərliyi ilə), “Aysel” musiqili uşaq teatrı , “Can bala” estrada qrupu, “Noğullar” qrupu, Nigar Zeynalovanın rəhbərliyi ilə folklor rəqs ansamblı, sirk nömrələri, breyk dans, şən, şux əyləncəli və rəngarəng nömrələr təqdim ediləcək.
   Konsertdə müğənnilərdən əməkdar artist Aygün Bəylər, Ramil Qasımov, Tofiq İsmayılzadə, Aytac Qəhrəmanova və digər ifaçılar çıxış edəcəklər.
   Siz də öz övladınıza 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə xoş anlar bəxş etmək istəyirsinizsə, bu konserti öz körpələrinizə hədiyyə edin.
   
   Səbinə