Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev, solist Bülbül adına Musiqi Məktəbinin 10-cu sinif şagirdi, Prezident təqaüdçüsü, Respublika Müsabiqəsi laureatı Vurğun Vəkilov idi. Xatırladaq ki, Vurğun Vəkilov böyük şair Səməd Vurğunun nəticəsidir. Orkestr V.A.Motsartın “Seraldan oğurlanma” operasına uvertüranı, fortepiano və orkestr üçün “Konsert № 23 lya-major” , “Fontane di Roma” (Roma fəvvarələri) və “Pini di Roma” (Romalı Pini) simfonik poemalarını ifa etdilər. Qeyd edək ki, “Pini di Roma” poeması Bakıda ilk dəfə olaraq səsləndirilirdi.