Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək. Təşkilat Komitəsindən bildiriblər ki, festivalda həvəskar və peşəkar müəlliflər iştirak edəcəklər. Qonaqlar arasında Rusiyanın dünya şöhrətli bardlarının çıxışı da gözlənilir.
   Festivalın açılış mərasimi iyulun 3-də “Atəşgah” məbədində olacaqdır. İyulun 4-8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında festival iştirakçılarının və qonaqların konsertləri keçiriləcək.