İyunun 21-də Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına musiqi salonunda gənc fransalı pianoçu Helen Kouver geniş konsert proqramı ilə çıxış edib. Paris Dövlət Konservatoriyasında Dominik Merlenin sinfini bitirmiş H.Kouver daha sonra musiqi təhsilini İtaliyada davam etdirib, Avropada tanınmış ifaçılardandır. Konsert proqramında pianoçu Şubert, Haydn, Debussi və başqa məşhur bəstəkarların əsərlərini səsləndirib.