Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Muğam” müsabiqəsinin laureatlarından biri Abgül Mirzəliyevin ilk klipi yaxın günlərdə təqdim olunacaq.
   Xanəndə bildirib ki, klip daha çox xalq mahnısı kimi tanınan “Nar ağacı” mahnısına çəkilib. Mahnının sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi Hacıalı Hacıyevə məxsusdur.
   Rejissor Nicat Qafuroğlunun ekranlaşdırdığı klipdə bir çox aktyorlarımız - əməkdar artistlər Səidə Quliyeva və Sabir Məmmədov, həmçinin 10-dan çox gənc səhnə ustası çəkilib.