Avropanın tanınmış musiqiçiləri-ispaniyalı David Tavare və isveçli Cenni Peterson-Velvet avqustun 14-də Bakıda geniş konsert proqramı ilə çıxış edəcəklər.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, “Summer live” (“Yay sevgisi”) adı altında reallaşacaq konsertdə musiqiçilər Azərbaycan paytaxtının sakinlərinə xoş ovqat bəxş edəcəklər. İspaniyalı David Tavare pop, xaus və eurodance janrında çıxış edən müğənni, isveçli Cenni Peterson-Velvet isə “Mi Amore” hiti və “Finally” albomu ilə gənclər arasında çox məşhur olan musiqiçidir.