İyulun 30-da Bakıdakı “Studio 2 Bavarius” klubunda dünyanın ən məşhur reperi Tupak Şakurun xatirəsinə həsr olunmuş gecə keçiriləcək. Tədbirdə məşhur reperin mahnıları səsləndiriləcək, onun həyatı haqqında maraqlı məlumatlar veriləcək.
   Tupak Şakur 1971-ci il iyunun 16-da Nyu-Yorkda anadan olub. O, qanqsta-repin ən görkəmli ulduzlarından biri hesab olunur. Reperlikdən əlavə, aktyor kimi də özünü sınayan Tupak Şakur 6 filmə çəkilmiş, “Qremmi” mükafatını qazanmışdır.
   T.Şakur 1996-cı il sentyabrın 13-də dünyasını dəyişmişdir. Hər il reperin ölüm günündə onun milyonlarla pərəstişkarı tərəfindən xatirəsi yad edilir.