Türkiyə Cümhuriyyətinin tanınmış el sənətkarı aşıq Rusatinin doğum gününə həsr olunmuş anma tədbiri keçirilib. Sivas vilayətində təşkil olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikasından dörd aşıq iştirak edib. Naxçıvan Aşıqlar Birliyindən verilən məlumata görə, tədbir-proqram çərçivəsində naxçıvanlı aşıqlar Azərbaycanın milli aşıq havalarını ifa ediblər.