Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə nüfuzlu beynəlxalq festivalda iştirak edib. Bu, onların Avropa turnesi çərçivəsində baş tutub.
   Bu barədə məlumat verən F.Qasımova İspaniya, Fransa və Böyük Britaniyada keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak etdiklərini bildirib.
   Fərqanə Qasımova deyib: “İspaniyada “Ruhi səslər” və “Dəniz və səs” beynəlxalq festivallarında iştirak etdik. Oradan Liona yollandıq və burada sayca 65-ci dəfə keçirilən festivala qatıldıq. Sonda isə Londonda “Dünya, musiqi və rəqslər” festivalının iştirakçıları arasında olduq. Bu festival ənənəvi olaraq dünyanın bir neçə şəhərində eyni vaxtda keçirilir”.
   İspaniya və Fransada Qasımovları Amerikanın “Kronus” musiqi kvarteti müşayiət edib.