Yaxın vaxtlarda Əməkdar artist Aybəniz Haşımovanın yaradıcılığının 32 illiyinə həsr olunmuş gecə keçiriləcək. Əməkdar artist yaradıcılıq gecəsində səhnəni qızı Aynişanla bölüşəcək. Ana və bala konsertdə yeni mahnını duet şəklində ifa edəcəklər.
   Tədbir çərçivəsində A.Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun 10 yaşı da qeyd olunacaq.
   Konsertə hazırlıqla bağlı ciddi məşqlər aparılır. İfaçıları konsertdə tanınmış dirijor, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.