ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays məşhur amerikalı müğənni Areta Franklin ilə birgə səhnəyə çıxıb. Onların dueti yoxsul uşaqlara yardım üçün nəzərdə tutulmuş xeyriyyə tədbirində təşkil edilib. Məlum olub ki, ABŞ xarici siyasət idarəsinin keçmiş rəhbəri Kondoliza Rays nəinki məşhur siyasətçi, diplomat, həm də peşəkar pianoçudur. Areta Franklin ariyalar oxuyarkən onu pianoda məhz Kondoliza Rays müşayiət edib.