Azərbaycanlı gənc cazmen, 2009-cu il Montre Caz Festivalının qalibi İsfar Sarabski ABŞ və Avropa ölkələrində silsilə konsert proqramı ilə çıxış edəcək.
   Bakı Caz Mərkəzindən bildiriblər ki, ifaçı qarşıdakı səfərə ciddi hazırlaşır. O, keçirəcəyi konsertlərdə Montre Caz Festivalında ifa etdiyi kompozisiyalarla yanaşı, öz bəstələrini, Vaqif Mustafazadə, Rafiq Babayev və digər tanınmış cazmenlərin əsərlərini də səsləndirəcək.