M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb.
“Əlibala Hacızadə-80” başlıqlı sərgidə nasirin Azərbaycan və rus dillərində əsərləri, haqqında yazılan, özünün “ön söz” yazdığı, redaktoru olduğu kitablar, dövri mətbuat materialları sərgilənib.