Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kursunda təhsil alan Nicat Məmmədov (fleyta) Moskva şəhərində Mstislav Rostropoviç adına Fondun keçirdiyi “Slava Maestro” ustad siniflərin İkinci Beynəlxalq Festivalında iştirak ediblər.
   Ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilib. Azərbaycanlı musiqiçilər festivalın açılışında və P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında uğurla çıxış ediblər. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edən sənətçilər Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti alıblar.
   Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010-2011-ci tədris ilinə İsrafil Rəsulov D.D.Şostakoviç adına, Nicat Məmmədov S. S. Prokofyev adına təqaüdə layiq görülüblər.