Oktyabrın 23-24-də Rusiyanın paytaxtı Moskvada SSRİ Xalq artisti, məşhur müğənni Müslüm Maqomayev adına I Beynəlxalq musiqi müsabiqəsi keçiriləcək. 
   Beynəlxalq tədbirdə münsiflər heyətində təmsil olunacaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib ki, müsabiqədə Azərbaycanı tenorlar Cavid Səmədov və Samir Cəfərov təmsil edəcəklər. Müsabiqə iki mərhələdə - əvvəlcə opera, sonra estrada janrında keçiriləcək. Proqrama M.Maqomayevin vaxtilə ifa etdiyi əsərlər daxil ediləcək.