Xalq artisti Ağaxan Abdullayev və cazmen Şahin Növrəsli gələn il birgə konsert verməyə hazırlaşırlar. Şahin Növrəsli bildirib ki, bu, onun caz-muğam üslubunda hazırlanan sayca ikinci konserti olacaq: “Caz-muğamın banisi Vaqif Mustafazadənin davamçıları kimi biz bu üslubu yaşatmağa çalışırıq. Ağaxan Abdullayevlə konsertimiz xarici ölkələrin birində olacaq. Yaxın günlərdə konsertin keçiriləcəyi ölkənin adı dəqiqləşdiriləcək. Artıq konsertə hazırlığa başlamışıq”.