Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının «Qarabağ istedadları» adlı konserti keçirilib. Konsert Bəstəkarlar İttifaqının Şuşa rayon təşkilatının, Şuşa şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
   Tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının Şuşa təşkilatının sədri, Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev açıb. Sonra Şuşa Musiqi Kollecinin, Şuşa-Mədəni Maarif Kollecinin, Şuşa İncəsənət Məktəbinin, Malıbəyli, Quşçular və Qaladərəsi, «Bülbülcan» musiqi məktəblərinin şagirdləri Q.Qarayev, P.Çaykovski, V.Monti, J.Haydn, F.Şopen və başqa bəstəkarların əsərlərini ifa ediblər. Görüşdə Şuşa Rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri iştirak ediblər.

   Gülər