Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, İttifaqın Gəncə təşkilatının məsul katibi Məmməd Cəfərovun 50 illiyinə həsr olunan müəllif konserti keçirilib. Konsertdə Azərbaycan Dövlət Xor Kapellası və Bəstəkarlar İttifaqının «Oazis» Simli Kvartetinin ifasında bəstəkarın kamera, vokal və xor əsərləri ifa olunub. Gənc vokalçılar Leyla Məmmədova və Kazım Nicat Fəxri «Vida» (söz. Nazim Hikmət), «Apar məni» (söz. Şahmar Əkbərzadə), «Həsrət» (söz. Nazim Hikmət) və başqa romansları ifa ediblər. Konsert Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Dövlət Xor Kapellasının ifasında səslənən «Yuxulama, oğuz oğlu» kantataları ilə başa çatıb.
   G.Abdullayeva