Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi keçirilir. Bununla bağlı zona müsabiqələrinə start verilib. Naxçıvan Muxtar Respublikasının xor kollektivləri də bu mötəbər yarışa vəsiqə qazanmaq üçün istedad və bacarıqlarını göstərirlər. Zona müsabiqəsində Naxçıvan şəhər 1-4 nömrəli uşaq musiqi, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəblərinin, digər təhsil ocaqlarının xor kollektivləri iştirak edirlər. Onlar Azərbaycan, rus və Avropa bəstəkarlarının xor üçün yazdıqları əsərləri səsləndirirlər.
   Zona müsabiqəsi aprel ayının 23-dək davam edəcək. Qalib xor kollektivi Bakıda keçiriləcək ümumrespublika müsabiqəsinə vəsiqə qazanacaq.