Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının bir qrup istedadlı tələbəsi Türkiyədə geniş konsert proqramı ilə çıxış edib. Bakı Musiqi Akademiyasından bildiriblər ki, Azərbaycan ilə Türkiyə mədəniyyətini bir-birinə daha da yaxınlaşdıran bu səfəri BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Fidan Hüseynova, Fatsa Özəl Sevgi Kültür Mərkəzinin rəhbəri Osman Özəl və Ordu Universiteti təşkil edib. BMA-nın vokal fakültəsinin tələbələri qardaş ölkəyə səfər çərçivəsində Tofiq Aslanovun rəhbərliyi altında yaradılmış Kamera Orkestrinin müşayiəti ilə geniş konsert proqramı təqdim ediblər.