26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Uşaq Filarmoniyasının xalq çalğı alətləri orkestri Şamaxı şəhərindəki İncəsənət Təhsili Mərkəzində konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbər və baş dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.
Proqramda yerli və xarici bəstəkarların əsərləri yer alıb. Respublika müsabiqələri laureatları Hafizə Mehdiyeva (qanun), Orxan Zeynalov (tar), Ağaniftulla Məmmədli (vokal), Cabbar Paşazadə (tar), Leyla Bayramzadə (kamança), Cavid İsmayılov (vokal), Mətləb Abdullayev (zurna), Gülarə Ramazanova (kamança) və Ülviyyə Həbibova (xanəndə) ifaları alqışlarla qarşılanıb.