Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə şair Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Kitabxanada təşkil olunan tədbirə şairin özü də qatılıb. Müsabiqədə Sumqayıt şəhər MKS-nin oxucuları iştirak ediblər.
Tədbiri şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq belə müsabiqələrin oxucuların ədəbi zövqünün formalaşmasında, kitaba marağının artmasında rolundan bəhs edib. Oxuculara müsabiqədə uğurlar arzulayan idarə rəisi Əjdər Ola öz xoş arzularını çatdırıb.
Sonra AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Əjdər Olun yaradıcılığından danışıb və müsabiqənin şərtləri haqqında məlumat verib.
Sabir Sarvan, Əjdər Ol və kitabxananın əməkdaşı Natavan Axundzadənin münsifliyi ilə keçirilən bədii qiraət müsabiqəsinin sonunda Zəhra Bəşirli 1-ci, İlahə Bağıyeva və Nigar Mehtiyeva 2-ci, Xoşqədəm Bağıyeva, Aytac Hüseynova və Nəzrin Hüseynova 3-cü yerə layiq görülüblər.
Qaliblərlə birlikdə müsabiqədə fərqlənən digər iştirakçılar da fəxri fərman, şairin kitabları ilə mükafatlandırılıblar.