Oktyabrın 19-da Azərbaycan Texniki Universitetinin kitabxanasının təşkilatçılığı ilə tədris ocağında tanınmış detektiv yazar, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı ilə görüş keçirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov tələbələrlə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. AzTU tələbə-gənclər birliyinin fəallarından Yeganə Həsənova Elxan Elatlının yaradıcılığı haqqında məruzə ilə çıxış edib, müəllifin Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş