Unudulmaz yazıçımız Mehdi Hüseynin «Şeyx Şamil» pyesində  qəhrəmanlardan biri avazla şeir oxuyur. O biri  deyir:
- Görəsən, dünyada şeirdən gözəl bir şey varmı?
- Var, qardaşım, var. Azadlıq hər şeydən şirindir.
Ömrün əlli yaşını haqlayan şair dostum Əbülfət Mədətoğlu haqqında yazarkən yadıma bu fikirlər düşdü. Əsl şair qəlbində şeir ilə azadlıq bir boyda, bir biçimdə olur. Hərdən mənə elə gəlir ki, nə şeirsiz azadlıq var, nə azadlıqsız şeir. Bu da bir həqiqətdir ki, şairlər üçün ən böyük azadlıq da bəzən azlıq edir. Bəs onlar nə istəyirlər? Veriləjək javabların da sərhədi yoxdur. Dünyanın bütün şairlərinin istəkləri üst-üstə düşür:

Dünyamız o qədər kiçik ki, dar ki,
Taleyin o qədər oyunu var ki,
Sən məni özünlə götür apar ki,
Həmişə gözünün önündə olum.

Qarşıma şairin kitablarını töküb, onları bu əlimdən o biri əlimə ötürə-ötürə vərəqləyirəm. Əlli illik bir ömürdən süzülüb, sıyrılıb gələn kitablar, mən bilirəm, siz nejə başa gəlirsiniz.
Adi bir oxuju duyğularından çox-çox uzaqlarda dayanıb şair dostumun ömür-gün yolunu ələk-vələk eləmək, çözələmək, yaşanan günləri, ayları, anları bir yerə yığıb gözləmək istəyirəm. Bu ürəyimdən keçən bir istəkdi. Şair ömrünə, duyğularına onun özü qədər yaxın gəlmək mümkünmü ola?

Mürgülər dağ kəndim -
mənim Tuğ kəndim,
Amma ki, yuxusu quş yuxusudur.

Bəlkə də bu ikijə misra mənə bu qədər kövrək, bu qədər həzin və həsrətli təsir bağışlamazdı, əgər Tuğ indi əsirlik həyatı yaşamasaydı. Başqa bir bənd içimi çəkir:

Kəndimin adı dilimdə,
Danılmaz dadı dilimdə,
Məni izləyən ölümlə -
Dönəjəm Tuğa, bilirəm.

Hiss edirəm ki, Əbülfət Tuğ kəndini ürəyində duz dərdinə çevirib. Təkjə Tuğumu? Bu kənd böyük Qarabağ ağrısının balaja bir zərrəsidir, ümmandan damladır.
Deyirlər, şairlər həsrət üçün doğulurlar. Axı niyə belə olur? Niyə onlar dünyaya suçəkən kimi dərd çəkməyə gəlirlər? Ən böyük sevinjin içində ən böyük kədər yaşamaqla hamıdan öndə gedirlər. «Məndən ötüb sənə dəysin»-demirlər.

 
Çilənər üstümə «dualı» su tək,
Yaddaşım çox şeyi mənə andırır.
İşə bax, sən Allah, içim özümü -
Çölüm özgələri ütüb yandırır.


Belinski dostlarından birinə yazırdı: «Əziz dost, sənin şeirlərini mən çox sevirəm. Sən mənim düşündüklərimi məndən önjə düşünüb qələmə alırsan. Sonra da mən orada özümü və öz duyğularımı tapıram. Elə buna görə də mənim səmimi oxuju təşəkkürlərimi qəbul et».
Əbülfət Mədətoğlunun yaradıjılığı öz oxujularını duyğulandıran, düşündürən, isidən bir poeziyadır. Elə şairlər var ki, özü ilə yaradıjılığı arasında böyük xarakter fərqi yaşanır. Belələrini görəndə düşünürsən ki, o, özünü yaşayıb, özgəsini yazır. Şairlər də var ki, özü yaradıjılığını, yaradıjılığı özünü tamamlayır.
Əbülfət Mədətoğlunun şeirləri onun xarakterinin, mən deyərdim ki, həm də öz taleyinin güzgüsüdür.
Onun şeirləri çox vaxt mənə köhnə tanışları xatırladır. Hər birinin öz «xasiyyəti», hər birinin öz «taleyi», hər birinin «öz deyimi», bir az da hər birinin «öz gileyi»…

Mənim azadlıqda
Şərti çəkdiyim
Jəzamın adını
Çəkənlər bilir. 

 Tanrı hər insana bir ömür bəxş edir. Amma bu bir ömrü nə qədər rəngarəng yazır. Biri digərindən təkjə rənglərinə görə yox, həm də bu rənglərdəki ilmə-ilmə naxışları, oymaları ilə seçilir. Bu baxımdan şair ömrü bir qədər fərqli olur. Ə. Mədətoğlu deyir:

Görün ki, ürəyim nejə təşnədi
Şirin təbəssümə, şirin sevgiyə…

Bir anlıq təsəvvürümə gətirirəm ki, bir Allah bəndəsi günün günorta çağında yolu kəsib «Qarabağ sizin üçün nədir?» deyib sorğu keçirir. Bu sualı tanımaza-bilməzə Əbülfət Mədətoğluya da verir. Əbülfətin həmin suala nə javab verəjəyini, nə deyəjəyini bilməsəm də, çəkdiyi «ah»ı eşidirəm. Bu «ah» çoxlarının həsrətinə bənzəməyən, ağrısına oxşamayan ağrının «ah»ıdır.

Dərdi çəkən varsa, dərd bəxtəvərdi,
Dərdli bəxtəvərin biri də mənəm.
Ürəyim dərdlərin süd anasıdır,
Mən elə əzəldən dərd kiridənəm.

Yaxud

Müharibə - göz yaşı,
Mən torpağın xəstəsi.
Şəhid olsam, qəbrimə,
Başdaşı - gül dəstəsi.

Şahidi olduğum, duyduğum bir fikri də deməyim gəlir. Əbülfət Mədətoğlunun sevgi şeirlərində bir ədəb-ərkan, ağıryanalıq var. Ülvi, doğma hisslərin ənənəviliyi  duyulsa da, fikir və deyim təzədir.

Niyə dərdin içindən
Dərd axtarırsan mənə
Niyə hər görüşəndə,
Şərt axtarırsan mənə -
Bu, olar, bu da olmaz.

Şairlik peşə deyil. Tanrı vergisi, Allah payıdır. Tanrı isə kimə nə verdiyini özü bilir. Bu payı əmanət bilənlər isə  ən şirin nemət olan ömrü belə qurban verməkdən çəkinmirlər. Bütün hallarda Əbülfət Mədətoğlu ömrünün çox hissəsini poeziyaya həsr edib, misra və kəlmə işığında gejələr keçirib, gündüzlər yola salıbdı.


Sevgidən yazmayan şair yoxdu. İstər təbiətə, istər jəmiyyətə, istərsə bir gözələ ünvanlasa belə, şair sevgisi bənzərsizdir. Əbülfət Mədətoğlunun sevgisi öz sevgisidir. Nifrəti də başqa nifrətlərə bənzəmir. Elə fikirləşməyək ki, şairlər qu quşu kimi bütün ömürləri boyu birjə nəğmə oxuyurlar. Onların qələmlərinin süngüyə çevrilən, nifrət oxuyan anları da olur. Amma bütün hallarda şair ürəyi bənzərsiz qalır: rəhmli, mərhəmətli və kövrək. Əbülfətin ürəyi kimi… O, ömrün əllinji pilləsində də, ondan əvvəlki pillələrdə olduğu kimi, özünü axtara-axtara yoluna davam etməkdədir.


Əziz dost, mən əllini keçib yaşın bu tayının özünəməxsus şirinliklərini, qayğılarını yaşamaqdayam.
İnan ki, əlli birinji ilin ilk gününə qədəm qoyduğun an nəyinsə baş verdiyinin şahidi olajaqsan. O, bizim ikinji ömrümüzdü. Mən buna ad tapmamışam. Gəl, birlikdə axtaraq! Səninlə «kəşfiyyata» getməyə nə var… 

Taleh Həmid

ƏBÜLFƏT
MƏDƏTOĞLU

Kİ...

Gizli deyil ülfətim
Sadəcə qədərdi ki...
Bu qaçqın Əbülfətin
Şikəst ömrü birdi ki...

Onda bu necə qayğı
Bu necə kədərdi ki...
Üzümə baxıb söylər
Çəkdiyin hədərdi ki...

Məndən öncə gələnlər
Gəlişimə gülənlər
Gülə-gülə ölənlər
Nə əkib, nə dərdi ki?..

Qəm özünü öyürdü
Baş-gözünə döyürdü
Ardımca söz yüyürdü
Ölümdən betərdi ki...


 * * *

Daha bu şəhərdən getmək zamanı
Yerim də qalmayıb gecələməyə.
O qədər aldatdım yordum ürəyi-
Daha haqqım da yox güc eləməyə

Nə yaş o yaş deyil, nə də ki zaman
Yüz yerə bölünüb dağılır güman
Məndən uzaq durun - mən uğursuzdan
Gəldim diləkləri puç eləməyə.

Bilmədən qəlbimi qoydum sapanda,
Sözüm oxşamadı inci, mərcana
Yolum da qurtarıb,çatmışam sona
Əlvida, hazıram köç eləməyə