Azяrbaycan xalqının zяngin vя qяdim tarixinin, mяdяni irsinin bir qolu da muğam sяnяtidir. Millяtin milli özünüdяrki, yaşam tяrzi vя soy-kökünün göstяricisi olan bu sяnяt növü hяm dя müasir dünyaya çıxış kodumuzdur desяk, yanılmarıq. Çünki yalnız bu böyük irslя biz dünya mяdяniyyяtlяri, musiqilяri arasında fяrqliliyimizi, qяdimliyimizi, fundamentallığımızı sübut edя bilяrik. Mяdяniyyяtlяrin dialoqu vя folklor nümunяlяri ilя beynяlxalq mяdяni alяmя inteqrasiya kontekstindя яhяmiyyяtli istinad nöqtяsi olan muğam sяnяti hяm dя xalqımızın dünya mяdяni irsinя bяxş etdiyi яn böyük яrmяğandır. Odur ki, onu yaşatmaq, orijinallığını qorumaqla öyrяnmяk vя öyrяtmяk hяr kяsin borcudur.

Bu istiqamяtdя Heydяr Əliyev Fondunun bir-birinin ardınca hяyata keçirdiyi layihяlяr tяqdirяlayiqdir. Elя yaxın günlяrdя istifadяyя verilяn Beynяlxalq Muğam Mяrkяzi dя bu mяqsяdyönlü vя uğurlu siyasяtin davamıdır.
Dünya standartları sяviyyяsindя, яn yüksяk texnologiyaların tяtbiqi ilя inşa olunan bu mяrkяz Heydяr Əliyev Fondunun milli-mяnяvi dяyяrlяrimizin qorunması vя dünyada geniş tяbliği ilя bağlı reallaşdırdığı möhtяşяm layihяlяr sırasında xüsusi яhяmiyyяtя malikdir.


Mяrkяzin inşası fondun prezidenti, YUNESKO vя İSESKO-nun xoşmяramlı sяfiri, Milli Mяclisin deputatı Mehriban xanım Əliyevanın tяşяbbüsü ilя hяyata keçirilib. Xatırladaq ki, belя bir mяdяniyyяt ocağının tikilmяsi, muğamın daha da inkişaf etdirilmяsi vя tяbliği fikri görkяmli xanяndяlяrin, muğam bilicilяrinin iştirakı ilя keçirilяn “dяyirmi masa”da qяrara alındı vя qısa müddяtdяn sonra (2005-ci il 6 aprel) prezident İlham Əliyev Bakıda Beynяlxalq Muğam Mяrkяzinin yaradılması haqqında sяrяncam imzaladı. Belяliklя, xalqımızın qяdim mяdяni irsinin ölmяz nümunяsi, Azяrbaycan musiqisinin zяngin fяlsяfi tяmяl üzяrindя tяşяkkül tapmasında яvяzsiz rol oynayan muğama möhtяşяm abidя ucaldılması istiqamяtindя ciddi addım atıldı.  Azяrbaycan muğamının bяşяr mяdяniyyяtinin nadir incilяri ilя bir sırada YUNESKO-nun Qeyri-maddi Mяdяni İrs Siyahısına daxil edilmяsi isя bütövlükdя onun nя dяrяcяdя bяnzяrsiz sяnяt növü olduğunu bir daha tяsdiqlяyir.


2005-ci ilin avqustunda prezident İlham Əliyevin vя ölkяmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilя tяmяli qoyulan Beynяlxalq Muğam Mяrkяzi ümumi sahяsi 7,5 min kvadratmetr olan üçmяrtяbяli binadan ibarяtdir. Binanın forması Azяrbaycanın qяdim musiqi alяtlяrindяn olan tarın hissяlяrini xatırladır. Ən müasir texnologiyadan istifadя edilmяklя tikilяn bina üçün lazımi avadanlıqlar İtaliya, Avstriya, Fransa vя Türkiyяdяn gяtirilib. İnşaat işlяri zamanı 2 mindяn çox müxtяlif ölçülü şüşяdяn istifadя olunub.


YUNESKO ilя  яmяkdaşlığın bяhrяsi olan Beynяlxalq Muğam Mяrkяzindя 350 yerlik konsert salonu, klub, 80 nяfяrlik restoran, dяrs otaqları, sяsyazma studiyası var. Bina müasir havalandırma vя istilik sistemlяri ilя tяchiz edilib.
Tarın qolunu xatırladan dяhlizdя Azяrbaycanın görkяmli muğam ifaçılarının büstlяri qoyulub. Bu hissяdя “Ud” adlandırılan restoran da fяaliyyяt göstяrir.
Dekabrın sonlarında muğamsevяrlяrin ixtiyarına verilяn mяrkяzin açılışında ölkя rяhbяri İlham Əliyev vя xanımı Mehriban Əliyeva da iştirak ediblяr. Beynяlxalq Muğam Mяrkяzinin yaradılmasını  çox böyük hadisя hesab edяn dövlяt başçısı bu münasibяtlя Azяrbaycan xalqını, muğamsevяrlяri tяbrik edib. “Xatırlayıram, üç il bundan яvvяl bu yerdя bu gözяl binanın tяmяlini qoyduq vя yяqin o vaxt heç tяsяvvür edя bilmяzdik ki, nя qяdяr gözяl bina tikilяcяkdir. Bu binada hяm müasirlik öz яksini tapır, eyni zamanda, binaya yuxarıdan baxanda görürsяn ki, Azяrbaycan xalqının qяdim xalq çalğı alяtlяri burada tяsvir olunur. Yяni burada müasirliklя qяdim tarix qovuşur, birlяşir vя bяlkя dя, bu, bu gün Azяrbaycana xas olan яn önяmli xüsusiyyяtlяrdяn biridir. Azяrbaycan uğurla inkişaf edir, bizim çox zяngin, böyük mяdяni irsimiz var. Biz öz inkişafımızı milli яsaslar üzяrindя qururuq vя eyni zamanda, irяliyя gedirik, müasirliyя, tяrяqqiyя doğru gedirik.


Muğam Mяrkяzinin tikintisi işindя iştirak etmiş bütün insanlara mяn öz dяrin minnяtdarlığımı bildirmяk istяyirяm. Bu bina Azяrbaycan xalqına xidmяt edяcяkdir. Bu binada gözяl tяdbirlяr keçirilяcяkdir, gözяl konsertlяr, muğam gecяlяri keçirilяcяkdir. Muğam bizim milli sяrvяtimizdir, çox böyük dяyяrimizdir. Azяrbaycan xalqı яsrlяr boyu bu sяnяti yaşatmışdır vя bu gün çox vacibdir ki, bu gözяl sяnяt, Azяrbaycan xalqının milli dяyяri olan muğam nяsildяn-nяslя keçir.


Bu gün gözяl gяnc nяsil yetişir. Heydяr Əliyev Fondu tяrяfindяn tяşkil olunmuş muğam müsabiqяlяrinin keçirilmяsi çox böyük maraq doğurur, çox böyük mяna daşıyır. Bu, gяnc nяslin vяtяnpяrvяrlik ruhunda, milli ruhda böyümяsinя xidmяt göstяrir. Bizim gяnclяrimiz milli ruhda böyümяlidirlяr. Biz bütün ümumbяşяri dяyяrlяri bölüşürük, Avropa dяyяrlяrinя böyük hörmяtlя yanaşırıq. Ancaq bizim üçün яn яsas milli dяyяrlяrimizdir. Baxmayaraq ki, biz яsrlяrlя müstяqillikdяn mяhrum olmuşduq, amma Azяrbaycan xalqını onilliklяr, яsrlяr boyu bir millяt kimi qoruyan milli mяnяvi dяyяrlяrimiz, яnяnяlяrimiz olubdur, musiqimiz, яdяbiyyatımız, ana dilimiz, incяsяnяtimiz olubdur. Bütün bunları muğam sяnяti ehtiva edir. Muğam sяnяti vяtяnpяrvяrlik sяnяtidir, muğam sяnяti sevgi, mяhяbbяt sяnяtidir. Vяtяnя sevgi, ailяyя sevgi Azяrbaycan xalqına xas olan xüsusiyyяtlяrdir”.


Beynяlxalq Muğam Mяrkяzininin yüksяk sяviyyяdя inşasından mяmnunluq ifadя edяn dövlяt başçısı  işlяrin böyük zövq vя mяhяbbяtlя aparıldığını söylяyib. “Bizim qяdim tariximiz, qяdim mяdяniyyяtimiz var. Bu mяdяniyyяt bu gün dünya üçün dя açılır, dünya bizi daha da yaxşı tanımağa başlamışdır. Bu yaxınlarda Bakıda keçirilmiş mяdяniyyяt nazirlяrinin toplantısında Azяrbaycanın nя qяdяr böyük mяdяni irsя malik olduğunu bütün dünya ictimaiyyяti bir daha gördü.


Bu gün Azяrbaycanda bu sahяdя görülяn işlяr ürяkaçandır. Bizim bütün tarixi binalarımız bяrpa olunur, Bakıda yerlяşяn bütün teatrlarımız, muzeylяrimiz яn yüksяk sяviyyяdя tяmir olunur, yeni mяdяniyyяt ocaqları yaradılır. Bu binanın yanında artıq bir müddяt bundan яvvяl tяmяlini qoyduğumuz Xalça Muzeyi dя inşa edilmяyя başlanmışdır. Bu da gözяl memarlıq abidяsi olacaq, bizim gözяl şяhяrimizя яlavя yaraşıq verяcяkdir. Bütün bunları etmяk üçün, яlbяttя ki, geniş imkanlar lazımdır. Bütün bu gözяl яsяrlяri, memarlıq яsяrlяrini yaratmaq üçün maddi imkanlarla bяrabяr, яlbяttя ki, yüksяk zövq lazımdır. Bu amillяr birlяşяndя bu gözяl яsяrlяr dünyaya gяlir”.


2009-cu ildя mяdяniyyяt sahяsindя bütün nяzяrdя tutulmuş mяsяlяlяrin hяll edilяcяyini vя bu sahяyя яlavя vяsaitin ayrılacağını da xatırladan dövlяt başçısı  tяmirdя olan mяdяniyyяt obyektlяrindя işlяrin yüksяk sяviyyяdя başa çatması ilя bağlı mяsяlяlяrin dя hяll olunacağını bildirdi.
Belяcя, İ.Əliyev mяdяniyyяtimizin inkişafı vя dünyada tanıtımı istiqamяtindя dövlяtin dяstяyinя vя qayğısına bir daha zяmanяt verdi. Muğam adlı bяşяri musiqi sяrvяtini canına, qanına hopdurub, ruhunda яbяdilяşdirяn xalqımız artıq muğamın yeni ünvanında ondan daha çox bяhrяlяnmяk, mяnяvi qida almaq imkanı qazanacaq.

Hяmidя Nizamiqızı