Moskva Musiqili Teatrı - “Qelikon-Opera”nın 50-yə yaxın solisti Cuzeppe Verdinin “Traviata” tamaşası ilə Bakıya gəlir. Tamaşa yanvarın 16 və 18 - də “Üns” teatrının səhnəsində göstəriləcək. Bu haqda məlumatı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov verib. O, tamaşalarda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijorluq edəcək.
 Keçən il “Qelikon-Opera” Bakıya Jorj Bizenin “Karmen” operası ilə gəlib. İl ərzində teatr 200-ə yaxın tamaşa göstərir. Fəaliyyətinin 18 ili ərzində teatr Avstriya, Böyük Britaniya, İspaniya, ABŞ, Fransa və digər ölkələrdə qastrol səfərlərində olub.