Musiqili Komediya Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqla səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir bəy Hacıbəylinin və Zülfüqar Hacıbəylinin klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyor yaradıcılığında xüsusi yer tutan Möhsün («Beş manatlıq gəlin» , Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko («Keto və Kote», Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad («Məşədi İbad», Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf («Durna», Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir Səfər və Gülümsərov («Ulduz», Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman («Gözün aydın», Məhərrəm Əlizadə və Fikrət Əmirov) və b. obrazlarla tamaşaçı qəlbinə yol tapıb.
   Mart ayının 11-də 85 yaşı tamam olacaq sevimli sənətkar onun ikinci doğma evinə çevrilən Musiqili Komediya Teatrında öz sənət dostları tərəfindən xatırlanacaq. «Bizim 100 yaşımız var» layihəsindən tədbirlər silsiləsi teatr kollektivinin Fəxri Xiyabana ziyarəti ilə başlayacaq. Xalq artistinin məzarı üstünə gül-çiçək dəstələri qoyulacaq, Bəşir Səfəroğlu bir daha yad ediləcək.
   Həmin gün axşam Bəşir Səfəroğlunun sənətdə yeganə və layiqli davamçısı olan xalq artisti Afaq Bəşirqızının iştirakı ilə «Bankir adaxlı» (E.Sabitoğlu, T.Vəliyeva) tamaşası göstəriləcək. Tamaşa Bəşir Səfəroğluna həsr ediləcək.
   Teatrın foyesində isə Bəşir Səfəroğlunun yubileyi münasibətilə hazırlanan fotosərgi nümayiş olunacaq.
   
    Vəfa Mühacirova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar