Moskva meri Yuri Lujkov Moskvanın mərkəzində görkəmli azərbaycanlı musiqiçi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Abidə Yeliseevski döngəsində yerləşən parkda ucaldılacaq. Heykəltəraş Aleksandr Rukavişnikovun müəllifi olduğu abidə tuncdan hazırlanacaq, postamenti isə qranitdən olacaq. Layihənin sifarişçisi Araz Ağalarovun rəhbəri olduğu “Crocus İnternational” şirkətidir. Yaxın günlərdə podratçı tikinti şirkəti ilə ərazinin abadlaşdırılması və abidənin quraşdırılmasına dair müqavilə bağlanacaq.