İspaniyalı yazıçı Xuan Marse ispan dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafat olan Servantes mükafatına layiq görülüb. «El Pais» qəzeti yazır ki, mükafat 2009-cu il aprelin 23-də – Miqel Servantesin ad günündə təqdim olunacaq. Maresdən əlavə mükafat uğrunda Ana Mariya Matute, Havyer Marisa kimi yazıçılar, dramaturq Fransisko Neva, şair Xose Mariya Kabalyero Bonald və uruqvaylı müəllif Mario Bendetti mübarizə aparıblar. Marse bəyan edib ki, ədəbiyyat mükafatlarının ədəbiyyatın özü ilə əlaqəsi fikri ilə razılaşmır, buna baxmayaraq, belə bir nüfuzlu mükafata layiq görüldüyündən məmnundur. Xuan Marse ona veriləcək 125 min avro mükafatı qadınlara və şəraba xərcləyəcəyini də bəyan edib. Əsl adı Xuan Faneka Roka olan Xuan Marse 1933-cü ildə Barselonada doğulub. «Tereza ilə sonuncu axşamlar», «Kərtənkələ quyruqları», «Şanxay sehrləri» kimi əsərlərin müəllifidir.